Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapıldı
Oxunma sayı: 1448

Bakıda mənzildə qadın meyiti aşkar olunub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Zülfüqarova Səlvinaz Hilal qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi