Bakıda mənzildən qadın meyiti tapıldı

bakida-menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 2841

Bakıda mənzildən qadın meyiti tapılıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Xaziyeva Alla Akilovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.