Bakıda mənzildən qadın meyiti tapıldı

bakida-menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 1395

Bakıda mənzildən qadın meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.