Bakıda mənzildən qadın meyiti tapıldı

bakida-menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 2344

Bakıda mənzildən qadın meyiti tapılıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Babayeva Almara Rasim qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.