Bakıda mənzildən qadın meyiti tapılıb

bakida-menzilden-qadin-meyiti-tapilib
Oxunma sayı: 1623

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı FHN-nin "112" qaynar xəttinə məlumat daxil olub. 

"Qafqazinfo" xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qiqeyçuk İvanna İosivnanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.