Bakıda “Mercedes” alovlandı

bakida-mercedes-alovlandi
Oxunma sayı: 1037

Bakı kənar dairəvi yolunda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 12:19 dəqiqədə hadisə yerinə çatıb (həmin vaxt avtomobil tamam açıq alovla yanıb).

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 12:21-də söndürülüb. Yanğın nəticəsində “Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.​