Bakıda “Mercedes”lə motosiklet toqquşdu - Kuryer öldü

bakida-mercedesle-motosiklet-toqqusdu
Oxunma sayı: 4861

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakinləri C.Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Əliağa Qarayevin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə Ə.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ə.Qarayevin Wolt-un kuryeri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.