Bakıda mərkəzi küçədə qadını soydular

bakida-merkezi-kucede-qadini-soydular
Oxunma sayı: 1364

Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də saat 22 radələrində “28 May” küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını aldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov müəyyən edilərək saxlanılıb.