Bakıda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus dördmərtəbəli "Manqalüstü" restoranının dam örtüyündə tüstü borusunun üzərinə çəkilmiş izolyasiya 4 kv.m sahədə yanıb.
Restoranın dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər