“Qafqazinfo”nun məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib ki, bu gün müasir insanın həyatı bulud texnologiyaları ilə sıx bağlıdır: işdə, təhsildə, məişətdə, sosial həyatda, əyləncədə, səyahətdə və s. Bütün bunları nəzərə alaraq, “Microsoft Azerbaijan” şirkəti builki “Microsoft” İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunub və ən müasir texnoloji yenilikləri əhatə edir.
“Biz anlamalıyıq ki, innovasiyalar uzaq gələcəkdə olan bir şey deyil, və həllərin bir qismi artıq bu gün bizim gündəlik həyatımızda mövcuddur. Ümumiyyətlə, cari inkişaf birbaşa olaraq innovasiyalarla bağlıdır. “Microsoft” Korporasiyası yeni məhsulları istehsal etdikdən sonra yeni trend formalaşdıra bilir və şirkət bu sahə üzrə dünya liderləri sırasındadır”, - deyə R. Hacıəlibəyov bildirib.
“Microsoft” əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verib, “Windows” əsaslı cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirib, eyni zamanda, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə məlumat veriblər.
Qeyd edək ki, “Microsoft Innovation Day” Azərbaycanda 2007-ci ildən etibarən hər il keçirilir.
Son xəbərlər
Son Xəbərlər