Bakıda mikroavtobus aşdı - İkisi uşaq olmaqla 3 nəfər yaralandı

bakida-mikroavtobus-asdi
Oxunma sayı: 896

Bakıda mikroavtobus aşıb.
 
“Qafqazinfo” xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb.  Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.
 
3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.
 
Faktla bağlı araşdırma aparılır.