Bakıda mikroavtobus yük maşını ilə toqquşdu - 6 nəfər yaralandı+ Yenilənib

bakida-mikroavtobus-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 2602

Qaradağ rayonu, "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, mikroavtobus yük avtomobili ilə toqquşub. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadaı yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb.

Həkimlərin məlumatına görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağırdır.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 6 nəfər şirkətlərin birində çalışır. Onların ikisi özəl xəstəxanaya yerləşdirilib. Digər 4 nəfər isə Kliniki Tibbi Mərkəzdə (Semaşko) müayinə olunduqdan sonra evə buraxılıb.