Bakıda milli komanda ilə son oyununa çıxdı

bakida-milli-komanda-ile-son-oyununa-cixdi
Oxunma sayı: 1742

Çexiya milli komandasının futbolçusu Vladimir Darida yığmadakı karyerasını bitirib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.
 
Darida, AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakıda Danimarka millisinə qarşı keçirdikləri oyunda (1:2) sonuncu dəfə yığmanın formasını geyindiyini deyib.
 
Çexiya yığmasının kapitanı olan Darida millidə 76 oyuna çıxıb.
 
Yarımmüdafiəçi Almaniyanın “Herta” klubunda çıxış edir.