Bakıda Milli Qəhrəman və şəhid adına olan məktəblərin sayı açıqlandı

bakida-milli-qehreman-ve-sehid-adina-olan-mekteblerin-sayi-aciqlandi
Oxunma sayı: 1453

Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adları əbədiləşdirilib.

Bu barədə “Qafqazinfo”ya Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun adı verilib.

Hazırda paytaxtda 172 məktəb Milli Qəhrəman və ya şəhidlərin adını daşıyır.