Bakıda minik avtomobili betonqarışdıran maşınla toqquşdu

bakida-minik-avtomobili-betonqarisdiran-masinla-toqqusdu
Oxunma sayı: 1395

Bakıda minik avtomobili "Man" markalı betonqarışdıran maşınla toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib.

Belə ki, 99-MM-053 dövlət nömrə nişanlı "Vaz-2109" dar döngədə "Akkord" şirkətinə məxsus 90-JV-064 dövlət nömrə nişanlı betonqarışdıran maşına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.