Bakıda minik maşını avtobusla toqquşdu - Ölən və yaralanan var

bakida-minik-masini-avtobusla-toqqusdu
Oxunma sayı: 7142

Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Qafqazinfo"ya verilən məlumata görə, daşıyıcı “BMH” MMC-nin açıqlamasına əsasən, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə nəticəsində, minik maşınında olan 1 nəfər ölüb, 1 nəfər isə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. 

***

TƏBİB-dən APA-ya verilən məlumata görə, hadisə yerindən Kliniki Tibbi Mərkəzə 34 yaşında bir nəfər yaralı gətirilib. Ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilən həmin şəxs hazırda Mərkəzin reanimasiya şöbəsindədir:

"Vəziyyəti olduqca ağır qiymətləndirilir və cərrahi əməliyyat planlaşdırılır".