Bakıda möhtəşəm musiqi yarışı keçiriləcək

bakida-mohtesem-musiqi-yarisi-kecirilecek
Oxunma sayı: 1271


 “Qafqazinfo” gənclər və idman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün bu məqsədlə keçirilən mətbaut konfransında Gənclər və İdman nazirliyinin mətbuat katibi Samayə Məmmədova, nazirliyin rəsmisi Elnur Abdullayev və ATGTİ-nin sədri Şahin İsmayılov KİV nümayəndələrinə layihənin mahiyyəti haqda məlumat veriblər.

Azərbaycan da daxil olmaqla Avropa və Asiyanın 21 ölkəsini özündə birləşdirən beynəlxalq müsabiqədə Azərbaycanı “Univiziya” tələbələrin III mahnı müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Günay Bədəlova təmsil edəcək.

 “Univiziya” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində 21 ölkə- Rusiya, İndoneziya, Xorvatiya, Pakistan, Braziliya, Şri-Lanka, Moldova, Argentina, Fransa, Kazaxstan, Vyetnam, Estoniya, Belarus, Serbiya, Yunanıstan, Qırğızıstan, İordaniya, Albaniya, Ukrayna, Macarıstan, Azərbaycan dövlətlərinin tələbə ifaçı və münsifləri iştirak edəcək.

 Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 Avro təşkil edir.

 Qeyd edək ki, 2013-cü ilin 21 iyun tarixdə ölkəmizdə ilk dəfə keçirilmiş “Univiziya” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsində  Rusiya, Belarus, Rumıniya, Almaniya, Polşa, Litva, Moldova, Estoniya, Yunanıstan, Albaniya, Azərbaycan, İndoneziya, Gürcüstan, Qırğızıstan, Qazaxstan, Tacikistan, Türkiyə, Pakistan, Meksika və Braziliya ölkələrində yerləşən 20 təhsil müəssisələrinin bakalavr və magistr pillərində təhsil alan 61 tələbə ifaçı və juri iştirak etmişdir.

 Mətbuat konfransının sonunda püşkatma mərasimi keçirildi.

 

II Beynəlxalq “Univiziya” Tələbə Mahnı Müsabiqəsində iştirak edən ölkələrin çıxış ardıcıllığı

1. Braziliya

2. Serbiya

3. Yunanıstan

4.Vyetnam

5. Rusiya

6. Pakistan

7. Argentina

8. Azərbaycan

9. Estoniya

10. İordaniya

11. Macarıstan

12. Moldova

13. Fransa

14. Xorvatiya

15. Ukrayna

16. Belarus

17. Şri-Lanka

18. İndoneziya

19. Qırğızıstan

20.Albaniya

21. Qazaxıstan