Qəzada ölən moped sürücüsünün yeni görüntüləri - Video + Yenilənib

qezada-olen-moped-surucusunun-yeni-goruntuleri
Oxunma sayı: 6234

Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək “Hyundai” markalı avtomobilə çırpılıb. 

Hadisə nəticəsində mopedin sürücüsü, paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

***

Qəza zamanı ölən moped sürücüsünün yeni görüntüləri yayılıb.

Görüntülərdən aydın olur ki, sürücü N.Mirzəyev bundan əvvəl də paytaxt ərazisində moped idarə edən zaman təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını pozaraq digər nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradıb.