Bakıda motosikletlə avtoxuliqanlıq edən şəxs həbs olundu - Foto

bakida-motosikletle-avtoxuliqanliq-eden-sexs-hebs-olundu
Oxunma sayı: 4362

Bakının mərkəzi yollarında motosikletlə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsənin baş inspektoru Araz Əsgərli məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, yol hərəkəti qaydalarını kobudcasına pozan Cəfərov Yusif Akif oğlu müşahidə kameraları vasitəsilə izlənilib, Bakı şəhər Dövlət yol polisi əməkdaşları tərəfindən Yasamal rayonu ərazisində tutulub:

“Saxlanılan şəxs ötən gün axşam saatlarında Səbail və Yasamal rayonları o cümlədən Neftçilər prospekti, Lermontov, Tolstoy, İstiqlaliyyət küçələrində avtoxuliqanlıq edib”.

Y.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 511-ci ( avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.

“Bu cür nəqliyyat vasitələrini idarə edənlərdən təhlükəsizlik qaydalarına əməl etməyi və qanunsuz hərəkətlərdən çəkinməyi tövsiyyə edirik” - deyə DYP rəsmisi əlavə edib.