Bakıda müəllim şagirdlər tərəfindən döyülüb?

bakida-muellim-sagirdler-terefinden-doyulub
Oxunma sayı: 3166

Sosial şəbəkələrdə Bakıda 17 nömrəli tam orta məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.

Sözügedən məktəbdən “Qafqazinfo”ya bildirilib ki, təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır.

“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır”, - deyə açıqlamada vurğulanıb.