Bakıda müəllimə şagirdi döyüb?- - Rəsmi açıqlama

bakida-muellime-sagirdi-doyub-
Oxunma sayı: 1897


“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki,  yayılan xəbərlə bağlı bu gün BŞTİ-nin əməkdaşları və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar. Məsələ ilə əlaqədar, valideyn övladının dermotoloji problemi olduğu  qeyd etmiş, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu bildirib. Məlumatı Məmmədli Şəms Şamil qızı bacısının ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək yoxlamadan şəxsi “Facebook” səhifəsində bölüşüb.

Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb. Məsələ ilə bağlı araşdırma davam edir.