Bakıda multikultural musiqili gecə... - Video

bakida-multikultural-musiqili-gece
Oxunma sayı: 1555

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 5-ci günündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında festival çərçivəsində YUNESKO-nun xüsusi mükafatçısı, Yunanıstanın “En Chordais” musiqi ansamblı çıxış edib.

“Qafqazinfo”nun məlumatına görə, ansambl Aralıq dənizinin multikultural, elmi və populyar musiqi ənənələri sahəsində fəalliyət göstərir.

Həmçinin oxuyun: Пусть мир будет во всем мире!

Kollektiv Aralıq dənizi ölkələrinə xas olan musiqini regional yunan müasir tendensiyaları ilə uğurla uyğunlaşdırır.

Ansambl dünyanın ən tanınmış musiqi səhnələrində çıxışı və məşhur musiqiçilərlə əməkdaşlığı ilə tanınır.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Foto, video: Xəyal Vəlizadə