Bakıda musiqiçi qadın intihar etdi

bakida-musiqici-qadin-intihar-etdi
Oxunma sayı: 638

Bakıda özünü öldürən qadınla bağlı təfərrüatlar məlum olub. Milli.az-ın Yasamal Rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, mərhum Yuliya Xadıkina peşəkar musiqi olub. O, Bülbül adına musiqi məktəbində konsertmeyster işləyirmiş.
Yuliya Xadıkina ailəli olsa da, bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun bir azyaşlı uşağı qalıb.
Peşəkar musiqiçinin özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hadisə ilə bağlı mərhumun yaxınları və qonşuları dindirilir.

Bakının Yasamal rayonu ərazisində 32 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 15-də Yeni Yasamal 2, ev 4, mənzil 26-da yaşayan Yuliya Xadıkina yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.
İntiharın səbəbləri araşdırılır.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.