Müştəri ofisiant qadınları döydü

musteri-ofisiant-qadinlari-doydu
Oxunma sayı: 2993

Bakıda müştəri iki ofisiant qadını döyüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda yerləşən restoranların birində baş verib.

Naməlum şəxs xuliqanlıq zəminində orada ofisiant işləyən 1995-ci il təvəllüdlü M. Aslanova və həmyaşıdı S. Məmmədovanı döyüb.

Qadınların müraciəti əsasında Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.