Narkotik vasitələrin satışında şübhəli bilinən şəxs saxlanılıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, martın 28-də Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Ağdam rayon sakini İsmayılov Ramil Rəhbər oğlunun üzərindən 2,2 kiloqram heroin aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin satışı) maddəsi ilə cinayət işi başlanılıb. R.İsmayılov barəsindəki cinayət işi RPİ-nin baş müstəntiqi Hənifə Bayramzadənin icraatına verilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir, R.İsmayılovun narkotik vasitəni kimlərdən aldığı müəyyənləşdirilir. O, ilkin ifadəsində heroini Biləsuvar rayonundan aldığı və satmaq istədiyini bildirib.
Qeyd edək ki, R.İsmayılov əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər