Bakıda narkotik alverçiləri saxlanıldı - Fotolar

bakida-narkotik-alvercileri-saxlanildi
Oxunma sayı: 1388

Bakıda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar. 

M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram heroin, 49,862 qram metamfetamin, 52,324 qram  tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram tiryək aşkar edililərək götürülüb. Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddət imiş ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.