Bakıda NATO-nun təlim kursu keçirildi - Fotolar

bakida-nato-nun-telim-kursu-kecirildi
Oxunma sayı: 2172

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib.

Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.