Riqa şəhəri gözəldir. Sovetlər dönəmindən qalan çox şey var. Bəzi binalar heç zaman təmir edilməyib. Amma, elə onlar əski halı ilə də nostalji yaradırlar. Latviyanın əhalisi iki milyondan azdır. Paytaxt Riqada isə 800 min əhali yaşayır. Hər kəs qayğısız və təkəbbürlü də deyillər. Məsələn, Tbilisidə rus dilində danışan gürcü də rusca danışmır. Amma, Latviya ilə Rusiya arasında problemlər dərin olsa da, bütün latışlar həvəslə və çox səlis də rusca danışırlar.
Binalar köhnə olsa da gözəldir. Maqazinlər bol deyil və sanki latışlar alış-verişi sevmir. Restoranlar çoxdur və elə turistlər də. Hər addımda hiss edirsən ki, latış hökumətinin əlinə pul düşən kimi onu vətəndaşının rahatlığına xərcləyir. Əks halda, latışlar o hökuməti uzun müddət hakimiyyətdə saxlamaz. Sosial xidmətlər pis deyil. Sovetlərdən ayrılan Latviya çox irəli gedib.
Hökumət xalq qarşısında ciddi şəkildə hesabatıdır. Həm də latış hökuməti keçmiş sovet respublikalarına da kömək etmək üçün Avropa Birliyinin resurslarından istifadə etməyə çalışır. Azərbaycana da dost və xoş ölkədir.
Tibb çox gözəl inkişaf edib. Həm də az qala Bakı qiymətlərinə yaxındır. Qərbi Avropada bahadır deyə bütün Avropadan Latviyaya tibbi ekskursiyaya gələnlər çoxdur. Bakıdan fərqi odur ki, tibbi xidmət və keyfiyyət çox və çox yüksəkdir. Xüsusən stomatologiya və plastik cərrahiyyə keyfiyyətlidir. Ümumiyyətlə isə, tibbin bütün sahələri üzrə çox keyfiyyətli və ucuz xidmətlər göstərilir. Əslində, elə Azərbaycan vətəndaşları da müalicə üçün bura gələ bilərlər.
Şəhər çox yaşıldır. Əslində, Riqa parklar şəhəridir. Hətta, demək olar ki, şəhər bütöv bir parkdır. Saysız-hesabsız parklar. Bakı parklarından kəskin fərqlənir. Latviya parklarında nə bahalı mərmər var, nə də bahalı işıqlar. Amma, çox sadə və təbii. Bakının parklarının çox hissəsi daş, divar və mərmərdir. Riqa parkları isə yaşıllıqdır. Gəzinti üçün cığırlar salınıb. İçində də nə kafe var, nə də restoran. Parklar da Allahın yaratdığı təbiət kimidir. Təbii və gözəl, həm də sadə. Bakıda parklara vurulan mənasız mərmərlərin pulu ilə Bakını yaşıllıqlara bürümək olar. Niyə bakılılar və qonaqlar yaşıllıq, çəmən üzərində deyil, pul silmək üçün "kəşf edilən" mərmər və daşlar üzərində gəzməlidir?
Bakı təmizdir deyirik. Belə deyil. Təmiz şəhər Riqadır. Heç kim siqareti çəkib yerə atmaz, günəbaxan toxumunu çirtlaylb, yerə tüpürməz, heç kim küçəyə tüpürüb insanları iyrəndirməz. Xeyr, deməyin ki, bizim millət vəhşilik, qanuna tabe olmur və.s. Sadəcə, burada cərimələr böyükdür. Bakıda isə nəzarət yoxdur. Vətəndaş bilsə ki, böyük cərimə ödəyəcək, zibilini cibinə yığıb evinə aparar. Sadəcə pis idarəçilik və vəzifəli şəxslərin yerində olmaması.
Dərman preparatları da ucuzdur. Bakıdan ucuz gəldi mənə. Həm də keyfiyyəti yüksəkdir. Satıcılar da savadlı həkimlərdir. Hərtərəfli məlumat verə bilirlər. Açığı, Bakı apteklərindən də narazılığım yoxdur. Amma, dərmanlar keyfiyyətsizdir və həm də şişirdilmiş qiymətlə satılır.
Riqada çoxlu azərbaycanlı yaşayır və hörmətə malikdirlər. Yaxşı işləri, sənətləri və biznesləri var. Ölkənin adını uca tuturlar. Onlar haqqında latışlar yüksək fikirdədir.
Latışların ciddi mətbəxi yoxdur. Azərbaycan mətbəxinə çata bilməzlər. Bizim mətbəximiz sadəcə gözəl və rəngarəngdir. Amma, keyfiyyətli bir içkiləri var. Adı Black Balzam. Bu əslində, araqdır, amma qara rəngdədir. Onu qara qarağat ilə qarışdırıb həm çox isti, həm də normal temperaturda içirlər.
Latışlar soyuqda belə bayırda otururlar. Hər stolun yanına qazla işləyən böyük bir qaz peçi qoyurlar. Onun istiliyi ilə çöldə soyuqda oturmaq olur. Bunu da bəyəndim.
Hələ ki, bu qədər...