“Qafqazinfo” xəbər verir ki, toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinlənilib, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, eləcə də Nizamin Gəncəvi irsinin təbliği, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmayıl Serageldinin hazırladığı Akademik proqram layihəsi müzakirə edilib. Toplantı iştirakçıları eyni zamandaAzərbaycan Prezidenti İlham Əliyevlə görüş barədə təəssüratlarını bölüşüblər.
Daha sonra NGBM-nin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Akademik proqram layihəsini təqdim edib. Proqramda kadr, büdcə, fəaliyyət planı, İdarə Heyətinin alt komitələrinin yaradılması, növbəti 3 il üçün öhdəliklərin həyata keçirilməsi, Nizami irsinin təbliği, Mərkəzin işinin keyfiyyətinə zəmanət verməsi üçün Akademik Şuranın yaradılması, NGBM üçün internet saytın yaradılması kimi müddəalar proqramda əks olunub.
Müzakirələr zamanı Nizami Gəncəvinin orta və ali məktəblərdə tədrisi, Nizami irsinin bütün dünyada, eləcə də qərbdə təbliği əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının zərurliyi vurğulanıb. Toplantıda İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələləri də müzakirə edilib.
Proqramın müzakirəsinin növbəti toplantılar zamanı davam etdirilməsi qərara alınıb.
Son xəbərlər
Son Xəbərlər