Bakıda növbəti yarmarka

bakida-novbeti-yarmarka
Oxunma sayı: 800


“Qafqazinfo”nun məlumatına görə, alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilən 13,35 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,1 ton ağartı, 3,5 ton tərəvəz, 4 ton meyvə və s. təklif olunub.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirovun sözlərinə görə, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Yarmarkada kələm 70-90, badımcan 30-40, yerkökü 70-90 qəpiyə, lobya 2 manata, alma 50-80 qəpiyə, armud 70 qəpik - 1 manata, üzüm 80 qəpik -1 manat 20 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 6-8 qəpiyə və s. satılırdı.

Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.