Bakıda obyekt 1.3 milyona satıldı

bakida-obyekt-13-milyona-satildi
Oxunma sayı: 829

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. 

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti,  8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı  şəhəri üzrə  3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub.  Beləki, adıçəkilən əmlak  1 milyon 355 min 500 manata özəlləşdirilib. Həmin əmlakın  torpaq sahəsi 7869 kv.m, ümumi faydalı sahəsi isə 958 kv.m təşkil edir. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyasıda qiyməti ilə digərlərindən fərqlənir. Beləki, həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, topaq sahəsi isə 22 min 239 kv.m təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda digər isə Abşeronda yerləşir.