Bakıda ofisdən 200 minlik oğurluq olub

bakida-ofisden-200-minlik-ogurluq-olub
Oxunma sayı: 1400

Ötən ilin dekabrından bu il mayın  30-dək olan müddətdə Binəqədi rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən 200000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.