Fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb.
"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən Z.İslamova fevralın 26-da orada ölüb.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İslamov saxlanılıb.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər