Bakıda oğurluq edən bacılar saxlanıldı

bakida-ogurluq-eden-bacilar-saxlanildi
Oxunma sayı: 3599

Bakıda silsilə oğurluq edən şəxslər tutulub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri - D. Ağammədova və bacısı F. Ağammədova saxlanılıblar.

Onların hər ikisi əvvəllər məhkum olunublar. Faktla bağlı araşdırma aparılır.