Bakıda oğurluq edən qadın tutulub

bakida-ogurluq-eden-qadin-tutulub
Oxunma sayı: 1569

Bakıda oğurluq əməli törətmiş qadın tutulub.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 2-də paytaxt sakini Xədicə Mustafayevaya məxsus çantadan 550 manat pul oğurlamış şəxs müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini Gülnarə Novruzova tutulub.

Araşdırma aparılır.