Bakıda olan Elin Süleymanovdan Londondakı hadisəyə - Reaksiya

bakida-olan-elin-suleymanovdan-londondaki-hadiseye
Oxunma sayı: 4655

“Radikalların Londonda yerləşən səfirliyə hücumu qəbuledilməz və barbarlıqdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb.

Xəbəri rus dilində oxuyun: “Нападение радикалов неприемлемо и является варварством” - посол

“Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”, - deyə o əlavə edib.

O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: “Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”.