Bakıda Oljas Süleymanovun yeni kitabı çıxdı

bakida-oljas-suleymanovun-yeni-kitabi-cixdi
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər və elmi-publisistik yazılar toplanıb. “Kuman nəğməsi” adlanan bu kitab Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə yardım Şurasının dəstəyi ilə nəşr edilib. Oljas Süleymanovun şeirləri Azərbaycan dilinə Elxan Zal Qaraxanlı və Akif Əhmədgil tərəfindən çevrilib. Millət vəkili Qənirə Paşayevanın və tanınmış şair Elxan Zal Qaraxanlının birgə layihəsi olan “İrs” seriyası sırasında buraxılan və Xalq yazıçısı Anarın ön sözü ilə başlayan “Kuman nəğməsi” kitabı O. Süleymanovun Azərbaycanda nəşr edilən ən irihəcmli kitabıdır .