Bakıda ölümə səbəb olan avtobus sürücüsü saxlanılıb

bakida-olume-sebeb-olan-avtobus-surucusu-saxlanilib
Oxunma sayı: 1953

Ötən il dekabrın 30-da Qiyas Abbasovun ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” DİN –in saytına istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən “İsuzu” markalı, 206 saylı xətt avtobusunun sürücüsü Salyan rayon sakini Əlipənah Mehrəliyev saxlanılıb.