Bakıda 68 yaşlı kişi özünü asdı

bakida-68-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 2436

Bakıda 68 yaşlı kişi özünü öldürüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

Rayon sakini, 1952-ci il təvəllüdlü Ənvər Eynulov yaşadığı mənzildə özünü asaraq intihar edib. Onun onkoloji xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.