Bakıda 15 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, mayın 24-də paytaxtın Səbail rayonu, Neftçilər prospektində özünü yandıran, 1953-cü il təvəllüdlü Manafov Ramiz Manaf oğlu aldığı yanıq xəsarətlərindən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, R. Manafov özünü banka borclu olduğu üçün yandırmışdı.
Son xəbərlər
Son Xəbərlər