“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Penitensiar xidmətin saytında məlumat yerləşdirilib.
Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Müalicə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 221.2.1 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Fuad Rövşən oğlu Kazımzadənin saxlanıldığı palataya və şəxsi əşyalarına baxış keçirilən zaman, “Paroqi” adlı kitabın vərəqlərinin arasında kəsilərək düzəldilmiş gizli saxlanc yerində gizlədilmiş 1 ədəd “İ Phone 5S” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər