Bakıda partlayan neft çəninin – - Fotoları

bakida-partlayan-neft-ceninin-
Oxunma sayı: 2541


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ilkin məlumatında bildirilir ki, yanğın ARDNŞ-in Mərkəzi neftyığma məntəqəsində baş verib. Şirkətin mətbuat katibi Nizaməddin Quliyev Azadlıq Radiosuna hadisənin səbəbinin hələ müəyyənləşmədiyini deyir. O, araşdırma aparıldığını və gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini bildirir.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, yanğın həcmi 2000 kub olan neft çənində baş verib. Yanğın nəticəsində partlayış olub. Çənin içərisində olan neft qalıqları yanıb.

Yanğın ərazisində birmərtəbəli yaşayış evləri də yerləşir, bu evlərin sakinlərindən biri yaralanıb. Şahidlərin dediyinə görə, çəndə partlayış baş verib, nəticədə yoldan keçən hamilə qadın xəsarət alıb. Ona təcili tibbi yardım maşını çağırılıb.