Bakıda piyada avtobusun altında qalaraq öldü

bakida-piyada-avtobusun-altinda-qalaraq-oldu
Oxunma sayı: 2663

Binəqədi rayonunda avtobus yolu keçmək istəyən piyadanı vurub.

Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, hadisə mayın 18-də, saat 18:00 radələrində Binəqədi şossesində baş verib.

155 nömrəli marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçmək istəyən 50-55 yaşlı kişini vurub. Avtobusun altında qalan piyada hadisə yerindəcə keçinib.

Avtobusun sürücüsü saxlanılıb. Ölən piyadanın kimliyi isə hələ ki, məlum olmayıb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.