Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyada qadını vurmaqla yol qəzası törətməkdə təqsirləndirilən Elgün İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə E.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.
Qeyd edək ki, hadisə 2016-cı il aprel ayında Binə qəsəbəsində baş verib. E.İbrahim idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 65 yaşlı Leyla Hüseynovanı vurub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər