Bakıda piyadavurmaların sayı artıb - 3 aya 38 ölüm

bakida-piyadavurmalarin-sayi-artib
Oxunma sayı: 1408

Son 3 ayda Bakıda 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Şəhər DYP-nin inspektoru, mayor Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, qəzalar zamanı 52 nəfər ölüb, 96 nəfər yaralanıb. Onun sözlərinə görə, yanvar-mart aylarında baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizində sürət həddinin payı var.

Son 3 ay ərzində 89 piyadavurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Ötən illə müqayisədə piyadavurma hadisələrinin çoxalıb.