Bakıda plastik kartdan 1500 manat oğurlanıb

bakida-plastik-kartdan-1500-manat-ogurlanib
Oxunma sayı: 1128


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da Bakı şəhər sakini Əli Həsənov bankomatda hesabından pul çıxarmaq istəyərkən kartından 1500 manat pulun çıxarıldığını aşkar edib.

Binəqədi RPİ 40-cı PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini Məmmədşah Dadaşov tutulub.