“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin inspektoru, polis baş-leytenantı 1990-cı il təvəllüdlü Əşrəf İbrahim oğlu Əlizadə idarə etdiyi “Toyota Prado” markalı, 10 - HR - 004 dövlət nömrə nişanlı avtomobillə Həsən Bəy Zərdabi küçəsi 77 ünvanında qəza törədib.
İnspektor əvvəl Vaqif Əliyevin idarə etdiyi “Mercedes”lə daha sonra Eldəniz Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillərlə toqquşub.
Hadisə nəticəsində polis əməkdaşı müxtəlif xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər