Bakıda polis bıçaqlanıb

bakida-polis-bicaqlanib
Oxunma sayı: 1837


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 13-ü saat 19:30 radələrində Qara Qarayev küçəsində baş verib.

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Xətai Vüqar oğlu Gürcüstan vətəndaşı 1995-ci il təvəllüdlü Kənan Mustafayevi bıçaqla hədələyərək pul tələb edib.

Bu zaman ərazidə xidmətdə olan polis serjantı 1992-ci il təvəllüdlü Teymur Baxşəliyev Vüqarı saxlamaq istəyib. Lakin Vüqar müqavimət göstərərək bıçaqla polisin qoluna zərbə vurub. Hadisəni törədən Vüqar həbs edilib.

Murad Əhməd