“Qafqazinfo” xəbər verir ki, qəsəbə sakinlərindən olan hadisə şahidlərinin “Axar.az”a verdiyi məlumatına görə, 60 DN 945 dövlət nömrə nişanlı “Mersedes” markalı maşın körpünün üstündə qəsəbə sakini Elçin Güləliyevə məxsus 90 LO 204 dövlət nömrə nişanlı “Jiqulu” avtomobilinə çırpılıb. Daha sonra isə avtomibil körpüdən aşaraq Arif Qədirova məxsus evin həyətinə düşüb.
Şahidlərin bildirdiyinə görə, hadisəyə Qaradağ Rayon Polis Şöbəsinin 11-ci polis bölməsinin əməkdaşı səbəb olub. Belə ki, tanışı olan xanımla Qobustan qoruğuna gedən “Mersedes” avtomobilinin sahibini polis saxlayıb və mübahisə yaranıb. Yekunda polis gənc xanımı şəxsi avtomobili olan 10 xx 610 (seriyası bəlli deyil) dövlət nömrə nişanlı qara rəngli “Kia” (Cip) maşınına mindirib və “Mersedes” sahibindən ardınca polis bölməsinə gəlməsini tələb edib.
“Mersedes”i idarə edən gənc oğlan isə polis bölməsinə getməkdən imtina edib və Qobustan qəsəbəsində yerləşən evlərinə doğru istiqamət alıb. Ancaq şəxsi avtomobilində olan polis əməkdaşı “Mersedesi” qovub, nəticədə qəza baş verib.
Hazırda hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları və qəsəbə sakinləri toplaşıb. “Mersedes” markalı avtomobilin sahibinin “102” Qaynar Xəttinə müraciət etdiyi və DİN-dən nümayəndələrin gəlməsini xahiş etdiyi bildirilir. Şahidlərin sözünə görə, qara rəngli 10 xx 610 nömrəli “Kia”nın sahibi olan polis işçisi hadisə yerində yoxdur. Onun polis bölməsində də olmadığı bildirilir.
Hadisə yerində gərginlik yaşanır. Dövlət Yol Polisinin əməkdaşları qarşı tərəfin iddia etdiyi “Kia”nı tapmağa və hadisəni yerindəcə aydınlaşdırmağa çalışırlar.
Son xəbərlər
Son Xəbərlər