Bakıda polis qardaşı tərəfindən öldürüldü

bakida-polis-qardasi-terefinden-olduruldu
Oxunma sayı: 1071

Bakı şəhərində qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb. Rayon sakini Əli Ramazan oğlu Əliyev qardaşı Muradı bıçaqlayaraq qətlə yetirib. Ə. Əliyev hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qardaşı tərəfindən öldürülən şəxsin polis əməkdaşı olduğu məlum olub. Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O polis serjantı rütbəsi daşıyıb.